İstanbul Boğazında minaya bənzər obyekt aşkarlanıb

 İstanbul Boğazında minaya bənzər obyekt aşkarlanıb
  26 Mart 2022    Oxunub:1725
Bu gün səhər saatlarında İstanbul Boğazında minaya bənzər obyekt aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tvitterdə məlumat yayıb.

Hadisə yerinə dərhal Sualtı Müdafiə Qrupları (SAS) cəld edilib və onun zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat başlanılıb.

Boğaz gəmi trafikinə bağlanıb.

Qeyd edək ki, Ukraynanın Odessa limanın ətrafı minalanıb. Son günlər həmin minalardan bir neçəsinin güclü axıntılar səbəbindən Qara dənizdə sürükləndiyi və İstanbul boğazına da çata biləcəyi barədə xəbərdarlıqlar edilirdi.

AzVision.az





Teqlər: Türkiyə  



Xəbər lenti