"Rusiya azərbaycanlıları və türkləri Krıma deportasiya etməyə hazırlaşır"

   "Rusiya azərbaycanlıları və türkləri Krıma deportasiya etməyə hazırlaşır"
  26 Mart 2022    Oxunub:1025
"Xersondakı Rusiya silahlıları azərbaycanlıları, erməniləri və Axısqa türklərini zorla Krıma deportasiya etməyə hazırlaşır".
AzVision.az xəbər verir ki, bunu Ukraynanın Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk brifinqdə deyib.

“Əldə olan məlumata görə, işğalçılar nümayiş aksiyası planlaşdırıblar. Onlar Xersondan etnik erməniləri, azərbaycanlıları və Axısqa türklərini zorla Ukraynanın işğal olunmuş Krım ərazisinə deportasiya etməyə hazırlaşırlar”, - o bildirib.

Ukraynalı rəsmi bu addımları cinayət adlandırıb.

AzVision.az



Teqlər: Xerson   Deportasiya  



Xəbər lenti