Rusiya Şərq Hərbi Dairəsinin bölmələrini Ukraynaya köçürür

Rusiya Şərq Hərbi Dairəsinin bölmələrini Ukraynaya köçürür
  26 Mart 2022    Oxunub:897
Rusiyanın işğalçı qoşunları ölkənin Şərq Hərbi Dairəsinin bölmələrini Ukraynaya köçürməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook”da dərc olunmuş operativ məlumatında deyilir.

"Düşmən dövlətimizə qarşı genişmiqyaslı silahlı təcavüzü davam etdirir. Şərq Hərbi Dairəsinin əlavə hissələrinin hazırlığı və Ukrayna ərazisinə hərəkəti davam edir", - məlumatda deyilir.

Vurğulanıb ki, Ukrayna müdafiə qüvvələrinin əsas səyləri düşmənin Krivoy Roq, Zaporojye istiqamətində irəliləməsinin qarşısını almağa, Nikolayevin müdafiəsinə, dəniz sahilinin müəyyən hissələrinin saxlanılmasına, mühüm infrastruktur obyektlərinin mühafizəsi və müdafiəsi, müvəqqəti işğal olunmuş ərazilərin azad edilməsinə yönəlib.

AzVision.az





Teqlər: Ukrayna   Müharibə   Rusiya  



Xəbər lenti