Rusiya Kiyev yaxınlığına "İskəndər" atdı - VİDEO

   Rusiya Kiyev yaxınlığına "İskəndər" atdı -    VİDEO
  26 Mart 2022    Oxunub:2282
Rusiya Müdafiə Nazirliyi "İskəndər" raketindən istifadə etmələri ilə bağlı növbəti videonu yayıb. AzVision.az xəbər verir ki, görüntülərdə Rusiya raketlərinin Ukraynanın Kiyev yaxınlığında "Buk" hava hücumundan müdafiə sistemini necə məhv etdiyini əks olunub.
"Ukrayna Silahlı Qüvvələrinin "Buk" zenit-raket kompleksinin kəşfiyyat mövqeyinə "İsgəndər" əməliyyat-taktiki kompleksi tərəfindən raket zərbəsi endirilib. Zərbəyə nəzarət pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib. Ukrayna Silahlı Qüvvələrinin müdafiə sistemi hədəfə dəqiq vurulmaqla məhv edilib”, - nazirliyin bəyanatında deyilir.

Ukrayna hərbçiləri "İskəndər" raketini vurublar - FOTO
Xatırladaq ki, bir müddət öncə Ukrayna mediası Vinnitsk vilayətində "İskəndər" raketinin vurulması barədə məlumat yaymışdı.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan Rusiya əksər raket komplekslərindən istifadə edib. Moskva yeni "Kinjal" hipersəs aerobalistik raketlərini də aktiv şəkildə istifadə edir.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   İskəndər  



Xəbər lenti