Ukraynada sərnişin qatarı atəşə tutuldu - FOTOLAR

   Ukraynada sərnişin qatarı atəşə tutuldu -    FOTOLAR
  26 Mart 2022    Oxunub:1291
Ukrayna mediası sərnişin qatarının atəşə tutulması barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar rus hərbçilərinin açdığı atəş nəticəsində sərnişinlərdən birinin yaralandığını yazıblar.
"Rusiya qoşunları Şepetovka-Kiyev elektrik qatarını atəşə tutub. Şüşələr sınıb, bir sərnişin isə xəsarət alıb. “Ukrzaliznitsia”nın rəhbəri Aleksandr Kamışinin verdiyi məlumata görə atış Kiyev yaxınlığındakı Tarasovka stansiyasında baş verib", - məqalədə yazılıb.
Rusiya Kiyev yaxınlığına "İskəndər" atdı - VİDEO

Qeyd edək ki, Ukraynada müharibə başlayandan xeyli sayda dinc sakin qəlpə və güllə yarasından həlak olub.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Qatar  



Xəbər lenti