Yunanıstanda rus admiralın abidəsi təhqir edildi - FOTO

   Yunanıstanda rus admiralın abidəsi təhqir edildi -    FOTO
  26 Mart 2022    Oxunub:924
Yunanıstanda Rusiyanın Ukraynada apardığı müharibəyə etiraz olaraq rus admiralın abidəsi təhqir olunub. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Kerkira (Korfu) adasında admiral Fyodor Uşakovun abidəsini rəngləyiblər.

"Vandallar abidəyə qırmızı rəngdə boya atıblar. Bununla bağlı fotoşəkil Rusiyanın Yunanıstandakı səfirliyi tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə bir həftə əvvəl Afinada Yunanıstanın azadlığı və müstəqilliyi uğrunda həlak olmuş sovet əsgərlərinin abidəsi də təhqir olunmuşdu. Naməlum şəxslər abidənin üzərinə sarı boya ilə “Azov” (Ukraynada döyüşən xüsusi dəstənin adı – red.) yazıb və bu alayın simvolunu çəkiblər.



Rusiyanın Afinadakı səfirliyi vandalizm aktını pisləyib və Yunanıstan hakimiyyətini günahkarları tapıb cəzalandırmağa çağırıb. Rusiya Xarici İşlər Nazirliyi bu cür yolverilməz hadisələrin bir daha baş verməsinin qarşısının alınmasını tələb edib. Səfirlik paylaşımında "Kerkira. Daha bir anti-Rusiya aktı. Hansı ki, ümumi tarixi irsimizə qarşı yönəlib" cümləsini qeyd edib", - məqalədə yazılıb.

Qeyd edək ki, tanınmış rus dəniz admiralı Fyodor Uşakovun eskadrası 1799-cu ildə Napoleonun qoşunlarını Korfudan qovub və digər İon adalarını azad edib. Admiralın Korfudakı abidəsi isə 2002-ci ildə açılıb. Daşın üzərində dəniz komandirinin portreti və yunan xalqının minnətdarlığı əks olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Abidə   Yunanıstan   Rusiya  





Xəbər lenti