Finlandiya Rusiyadan qatarların qəbulunu dayandırır

Finlandiya Rusiyadan qatarların qəbulunu dayandırır
  26 Mart 2022    Oxunub:829
Finlandiyanın "VR Transpoint" dəmir yolu şirkəti (yükdaşımalar üzrə dövlət dəmir yolu operatoru VR-nin törəmə müəssisəsi-red.) martın 27-dən etibarən Rusiyadan qatarların qəbulunu dayandırır. AzVision.az xəbər verir ki, bu barədə "VR Group" məlumat yayıb.
Bildirilir ki, "VR Transpoint"in prezidenti Martti Koskinen deyib ki, "Rusiya Dəmir Yollarına qarşı sanksiyalara görə, şərqə (Rusiyaya doğru-red) hərəkətə davam etmək hələ mümkün deyil. "VR Group" Qərbin tətbiq etdiyi sanksiyalara əməl etməyə borcludur".

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti