Çavuşoğlu: “Rusiya ilə Ukraynanın mövqeyi bəzi məsələlərdə yaxınlaşıb”

 Çavuşoğlu:  “Rusiya ilə Ukraynanın mövqeyi bəzi məsələlərdə yaxınlaşıb”
  26 Mart 2022    Oxunub:1098
Rusiya və Ukrayna liderlərini bir araya gəlməsi üçün mütləq şəkildə Belarusdakı danışıqlarda yaxınlaşma olmalıdır.
AzVision.az xəbər verir ki, bu haqda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, tərəflərin mövqeyi bəzi mövzularda artıq yaxınlaşıb.

“Və ancaq bundan sonra iki lider görüşə bilər. Lakin bundan əvvəl XİN başçıları bir daha bir araya gəlməlidirər”, - deyə nazir bildirib.

Çavuşoğlu əlavə edib ki, müharibə davam etdiyi halda hər hansı sülh sazişinin imzalanması çətin məsələdir. O bunun üçün atəşkəsə nail olmaq lazım olduğunu deyib.

AzVision.az



Teqlər: Çavuşoğlu   Rusiya   Ukrayna  



Xəbər lenti