Rusiya qoşunlarının bir hissəsini Belarusa köçürür - Səbəb

   Rusiya qoşunlarının bir hissəsini Belarusa köçürür -    Səbəb
  27 Mart 2022    Oxunub:840
Rusiya qoşunları Ukraynaya qarşı vuruşan qüvvələrin rotasiyasını həyata keçirmək üçün bölmələri Belarusa köçürür. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook sosial şəbəkəsində saat 12-yə olan operativ məlumatında deyilir.
"Rusiya Federasiyasının bölmələrinin Belarus Respublikası ərazisinə hərəkəti davam edir. Bu tədbirlər xeyli itki vermiş bölmələrin dövriyyəyə buraxılması, mövcud qrupların gücləndirilməsi, ərzaq, yanacaq ehtiyatının və sursatların doldurulması, yaralı və xəstə hərbçilərin təxliyyəsinin təşkili məqsədilə həyata keçirilir”, - məlumatda deyilir.

Eyni zamanda, Belarus silahlı qüvvələrinin bölmələrinin bir hissəsi poliqonlarda olmaqda davam edir. Qeyd edilir ki, Rusiya ordusu şimal istiqamətində Slavutiçin blokadasını davam etdirir, Çerniqovu nəzarət altına almaq cəhdlərini tərk etmir. Lukyanovka və Rudnitskoye ərazilərində isə itki verərək geri çəkilib. Xarkov yaxınlığında o, səylərini cari itkiləri bərp etməyə cəmləyib.

AzVision.az


Teqlər:



Xəbər lenti