Havamız xoş olacaq

Havamız xoş olacaq
  04 Aprel 2013    Oxunub:1332
Azərbaycanda havanın temperaturu 25 dərəcəyə çatacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 14-19, bəzi yerlərdə 21 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, ayrı-ayrı cənub rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 25, dağlarda gecə 0-5, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti