"Rusiya ilə dialoqu davam etdirmək lazımdır" - Kalın

   "Rusiya ilə dialoqu davam etdirmək lazımdır" -    Kalın
  27 Mart 2022    Oxunub:679
"Türkiyə və digər ölkələr Ukraynada vəziyyətin nizamlanması üçün Rusiya ilə dialoqu davam etdirməlidir".
AzVision.az xəbər verir ki, bunu Dohada keçirilən beynəlxalq forumda çıxışı zamanı Türkiyə Prezidentinin mətbaut katibi İbrahim Kalın deyib.

"Hamı Rusiya ilə körpüləri yandırsa, axırda kim onlarla danışacaq? Ukraynalılar hər cür dəstəyi almalıdırlar ki, özlərini qoruya bilsinlər. Amma Rusiyanın arqumenti bu və ya digər şəkildə eşidilməlidir", - deyə İ.Kalın bildirib.

Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan İ.Kalın əlavə edib: "Türkiyə olaraq sülh üçün əlimizdən gələni edirik. Bizim Prezident həm Zelenski ilə, həm də Putinlə iki-üç dəfə danışıb. O, yaxın günlərdə yenidən Putinlə danışacaq".

AzVision.az


Teqlər:



Xəbər lenti