- Danışıqlar çərçivəsində hansı ssenarilər ola bilər?
- Rusiya indi yeni canlı qüvvələr gətirir. Aydındır ki, onlar öz operativ hərbi, döyüş əməliyyatlarını həyata keçirməyə və müəyyən uğurlar qazanmağa çalışacaqlar. Bunsuz danışıqlar masasına əyləşib nə isə tələb etmək olduqca qəribə və sadəlövh görünür. Lakin bu gün Ukrayna Rusiya ilə “nəyin bahasına olursa-olsun” ritorikası ilə razılaşmağa hazır deyil. Çünki Ukrayna ordusu, ukraynalı müdafiəçilər zərbələrə cavab vermək iqtidarında olduqlarını, Ukrayna hakimiyyəti üçün danışıqlarda güclü mövqe yaratdıqlarını sübut etdilər.
Orban: "ABŞ və Avropanın Kiyevə xərclədiyi pullar "yandı" |
- Ukraynanın neytrallığı ilə bağlı razılığa gəlmək mümkündürmü?
- 2014-cü ildə Rusiya Krımı Ukraynadan “qoparanda” və Donbasda müharibəni alovlandıranda Ukrayna bloka daxil olmayan dövlət idi. Burada heç bir illüziya olmamalıdır, dünya birliyi Rusiyanın “zəhərli dişlərini” çəkməsə, onun heç bir qonşusu, o cümlədən Azərbaycan sülh şəraitində yaşaya bilməz. Mən bunu əminliklə deyirəm və praktiki olaraq əminəm ki, Ukraynada hərbi əməliyyatlar tezliklə dayandırılacağı təqdirdə Rusiya özünü qonşu dövlətlərdən birinin ərazisində kompensasiya etməyə çalışacaq. Harada olduğunu dəqiq deyə bilmərəm.
- Sizcə, müharibə nə qədər davam edəcək?
- Ağlı başında olan hər bir insan istəyir ki, müharibə tez bitsin, çünki uşaqlar ölür, dinc əhali ölür, hamının sevdiyi ölkə dağıdılır. Bunun nə vaxt olacağını bilmirəm, bircə onu deyə bilərəm ki, müharibə ukraynalıları müdafiəçilərimiz ətrafında sıx birləşdirdi. Rusiya hərbçilərinin ilk zərbəsindən sonra Ukraynanın təslim olacağına dair fikirlər özünü doğrultmadı. Bu gün Ukrayna cəmiyyətində görünməmiş konsolidasiya müşahidə olunur. Amma hər halda biz müharibənin tez bir zamanda bitməsinin tərəfdarıyıq. Amma o, Rusiyanın şərtləri ilə bitməyəcək, yoxsa bu ümumi məğlubiyyət olardı.
Samir Vəliyev
Nadir Quliyev
AzVision.az