"Onlar heyvan deyillər" - Zelenski

   "Onlar heyvan deyillər" -    Zelenski
  27 Mart 2022    Oxunub:1702
"Ukrayna tərəfi hətta hərbi əməliyyatlar bitməmiş rus hərbi əsirlərini ukraynalı əsirlərlə dəyişməyə hazırdır".Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Zıqar” YouTube kanalı, “Dojd” telekanalı, Meduza portalı, “Kommersant” və “Novaya qazeta” nəşrlərinə müsahibəsində deyib.
"Bizim hərbçilər siyahılar hazırlayıb. Mən sadəcə əmin deyiləm ki, Rusiya tərəfinə bu siyahılar lazımdır”, - dövlət başçısı bildirib.

Zelenski əlavə edib ki, o, müharibənin bitməsini gözləmədən əsir mübadiləsinin aparılmasının tərəfdarıdır.

"Bəzi ümumi qəbul edilmiş qanunlara uyğun hərəkət etmək lazım deyil. Hesab edirəm ki, hamını hamıy dəyişmək üçün bir razılaşma var. Bu gün nə qədər əsir varsa, onu elə bu gün dəyişək".

O, həmçinin qeyd edib ki, Ukrayna rus əsgərlərinin cəsədlərini öz ərazisində saxlamaq istəmir və onları ölənlərin yaxınlarına təhvil vermək istəyir.

“Onlar (Rusiya tərəfi. - Red.) əvvəlcə imtina etdilər, sonra bizə bir növ torba təklif etdilər... Hər şey belə görünür... Bilirsiniz, hətta it, pişik öləndə belə bunu etmirlər. Bunlar zibil torbalarıdır, mən başa düşmürəm ki, insanlar nə düşünür, bu uşaqların valideynləri nə düşünür”, - deyə dövlət başçısı bildirib.

Ukrayna lideri qeyd edib ki, döyüşən ölkənin prezidenti kimi onun üçün belə münasibət hətta düşmən dövlətin əsgərlərinə münasibətdə də qəbuledilməzdir.

"Onlar heyvan deyil. Bəs niyə qorxuludur? Özünə münasibət belədirsə, başqalarına münasibət necədir?", - deyə o, yekunlaşdırıb.

Şahanə Rəhimli

AzVision.az



Teqlər:



Xəbər lenti