Türkiyədə avtobus aşıb, ölən və yaralananlar var

Türkiyədə avtobus aşıb,    ölən və yaralananlar var
  28 Mart 2022    Oxunub:717
Türkiyədə Ərzurum-Ərzincan magistral yolunda sərnişin avtobusu qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, İğdırdan Ankaraya gedən sərnişin avtobusu yolun kənarındakı ağaclara çırpılaraq aşıb.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 33 nəfər yaralanıb. Əraziyə təcili yardım maşınları, polis və jandarm qüvvələri cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisənin başvermə səbəbi açıqlanmır.

AzVision.az


Teqlər: Qəza  



Xəbər lenti