İsraildə terror törədilib - VİDEO

   İsraildə terror törədilib -  VİDEO
  28 Mart 2022    Oxunub:1760
Naməlum şəxslər İsrailin Hadera şəhərinin Herbert Samuel küçəsində ətrafdakı insanlara atəş açıblar.
AzVision.az xəbər verir ki, nəticədə iki nəfər ölüb, daha beş nəfər yaralanıb. Onlardan 3-ü orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə terror aktı kimi təsnif edilib, şəhərə bütün girişlər bağlanıb - polis terrorçuları hadisə yerinə çatdıran avtomobili axtarır.



Terrorçular təhlükəsizlik xidmətinin yaxınlıqda olan mülki geyimli komandoları tərəfindən güllələnib.

AzVision.az


Teqlər: İsrail  



Xəbər lenti