İlon Mask yeni sosial şəbəkə yarada bilər

   İlon Mask    yeni sosial şəbəkə yarada bilər
  28 Mart 2022    Oxunub:877
Amerikalı iş adamı İlon Mask yeni sosial şəbəkə yaratmaq barədə ciddi düşündüyünü bildirib.
AzVision.az xəbər verir ki, “Twitter” istifadəçilərindən biri “İlon Mask, siz yeni sosial şəbəkə yaratmağı düşünürsünüz?”, - deyə ona sual ünvanlayıb. Mask isə cavabında “Mən bu barədə ciddi düşünürəm”, - deyə qeyd edib.

Qeyd edək ki, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri olan amerikalı sahibkar İlon Mask “Hurun” biznes nəşrinin (“Forbes” jurnalının Çin analoqu – red.) versiyasına görə, 2022-ci ildə dünyanın ən varlı adamları reytinqində liderliyini qoruyub. Araşdırmaya əsasən, Maskın sərvəti il ​​ərzində 8 milyard ABŞ dolları artaraq 205 milyarda çatıb.



AzVision.az


Teqlər: Mask  



Xəbər lenti