Bayden Rusiyada hakimiyyət dəyişikliyinə çağırış etməyib - Ağ Ev

Bayden Rusiyada hakimiyyət dəyişikliyinə çağırış etməyib -    Ağ Ev
  28 Mart 2022    Oxunub:775
ABŞ prezidenti Co Bayden Rusiyada hakimiyyət dəyişikliyinə çağırış etməyib.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bazar günü Bayden Vaşinqtondakı kilsəni ziyarət edib. “Bloomberg”in məlumatına görə, o, kilsəni tərk edərkən jurnalistlərdən biri “Cənab prezident, siz rejimin dəyişdirilməsinə çağırış etmisiniz?”,- dey' soruşub.
"Xeyr", - Amerika lideri cavab verib.

Bir gün əvvəl isə Varşavaya səfəri zamanı Bayden Rusiya prezidenti Vladimir Putindən danışarkən “bu adam hakimiyyətdə qala bilməz” bəyanatını verib.

Ağ Evin açıqlamasında vurğulanıb ki, ABŞ lideri Rusiyada hakimiyyət dəyişikliyinə çağırış etməyib. Öz növbəsində, prezidentin Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyada kimin hakimiyyətdə olacağına Amerika prezidenti qərar vermək səlahiyyətində deyil.

AzVision.az



Teqlər: Bayden   Putin  



Xəbər lenti