Yanukoviç: `Ukraynada qan axmasına CİA direktoru sanksiya verib” – VİDEO
“Ukrayna xalqı heç vaxt diktaturanı qəbul etməyəcək. Xüsusilə də millətçilərin diktaturasını”,- deyə Rostov-Donda keçirdiyi mətbuat konfransında Yanukoviç bildirib.
O, hesab edir ki, “Ukrayna artıq bur ayağı ilə vətəndaş müharibəsindədir”.
- Bir ali baş komandan olaraq güc orqanlarının əməkdaşlarına müraciət etmək istəyirəm: qanunsuz əmrləri yerinə yetirməyin! Xalqa atəş açmayın, bunu sizə bağışlamazlar. Yoxsa siz cinayət məsuliyyəti daşıyacaqsınız,- deyib Yanukoviç.
Onun fikrincə, Ukraynada seçkiyə yox, geniş dialoqa ehtiyac var.
“ABŞ Ukraynada vətəndaş müharibəsinin qızışmasına görə məsuliyyət daşıyır”,- deyə devrilmiş prezident vurğulayıb. Onun sözlərinə görə, Ukrayna güc orqanları CİA direktoru ilə məsləhətləşəndən sonra ölkənin şərqində xüsusi əməliyyata başlamaq haqda qərar qəbul ediblər: “CİA direktoru Brennan Ukraynada qan tökülməsinə sanksiya verib”.
Tariyel