Müharibənin bir ayında Ukraynanı 4 milyon insan tərk edib

Müharibənin bir ayında Ukraynanı 4 milyon insan tərk edib
  28 Mart 2022    Oxunub:693
Rusiyanın apardığı genişmiqyaslı müharibə səbəbindən Ukraynanı tərk etmək məcburiyyətində qalan insanların sayı 4 milyona yaxınlaşır.
AzVision.az xəbər verir ki,bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

"3,8 milyondan çox insan ölkəni tərk etmək məcburiyyətində qalıb və bu böhran İkinci Dünya Müharibəsindən bəri ən sürətlə böyüyən qaçqın böhranına çevrilib. Daha 6,5 milyon insan ölkə daxilində didərgin düşüb. Eyni zamanda, 13 milyon insan müharibə zonalarında qalıb və oradan çıxa bilmirlər", - açıqlamada vurğulanıb.

AzVision.az



Teqlər: Ukrayna   Qaçqın  



Xəbər lenti