"Ukraynanı dövlət kimi qorumaq şansı itirilib" - Rusiyalı deputat

"Ukraynanı dövlət kimi qorumaq şansı itirilib" -    Rusiyalı deputat
  28 Mart 2022    Oxunub:898
Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet Ukraynanı təhdid edib. AzVision.az xəbər verir ki, o, Kiyev hakimiyyətinin Ukraynanı dövlət kimi saxlamaq üçün son şansını itirdiyini bəyan edib.
Krımı təmsil edən deputat artıq danışıqlar aparmağən da mənasız olduğunu söyləyib.

- Kiyev Ukraynanı indiki sərhədləri daxilində saxlamaq üçün son şansını itirib. Zaman geri dönməz şəkildə keçib. Bu gün mən Ukraynanın indiki sərhədləri daxilində qalması üçün heç bir fürsət görmürəm. Kiyev rejimi ilə danışıqlar aparmaq üçün heç bir səbəb də görmürəm, - Şeremet yerli emdiaya açıqlamasında deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti