Rusiya Ukraynanın 308 PUA-sını məhv edib - MN

Rusiya Ukraynanın 308 PUA-sını məhv edib -    MN
  28 Mart 2022    Oxunub:927
Rusiya Silahlı Qüvvələri müharibə başlayandan bəri Ukraynanın 308 pilotsuz uçan aparatını (PUA) məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qarşı tərəfin 1713 tankı və 170 MLRS-i, 715 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1557 ədəd xüsusi təyinatlı hərbi texnikaməhv edilib.

Bundan əlavə, bir gündə Ukraynaya məxsus 4 “Su-24” və bir “Su-27” təyyarəsi vurulub.

Rusiya Silahlı Qüvvələri Xerson vilayətində aerodrom yaxınlığında havada Ukraynanın “Smerç” reaktiv yaylım atəş sisteminin 5 raketini vurub.

AzVision.az




Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti