"Rusiyanın çoxlu sayda tərəfdaşı var, təcriddən söhbət gedə bilməz" - Lavrov

"Rusiyanın çoxlu sayda tərəfdaşı var, təcriddən söhbət gedə bilməz" -    Lavrov
  28 Mart 2022    Oxunub:716
“Qərb həmişə sanksiyalar üçün səbəb tapacaq, onların məqsədi Rusiya Federasiyasının inkişafının qarşısını almaqdır”.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib.

O qeyd edib ki, Rusiyanın dünyada çoxlu sayda tərəfdaşı var və heç bir təcriddən söhbət gedə bilməz.

Lavrovun sözlərinə görə, Moskva Avropa İttifaqının Balkan ölkələrini anti-Rusiya sanksiyalarına cəlb etmək üçün onlara göstərdiyi təzyiqləri izləyir.

“Biz, bəzi Qərb siyasətçilərinin Rusiyaya qarşı total müharibə adlandırdıqları ümumi kampaniya çərçivəsində misilsiz təzyiqlər görürük. Bu, indi deyil, çoxdan başlayıb. Aİ-nin xarici siyasət təşəbbüsləri son vaxtlar getdikcə daha çox anti-Rusiya xarakteri daşıyır", - Lavrov söyləyib.

AzVision.az




Teqlər: Lavrov  



Xəbər lenti