"Rusiya ordusunda ruh yüksəkliyi aşağı düşüb" - Britaniya MN

"Rusiya ordusunda ruh yüksəkliyi aşağı düşüb" -    Britaniya MN
  28 Mart 2022    Oxunub:1376
Son 24 saat ərzində Ukraynanın işğal olunmuş ərazilərindəki rus qoşunlarının dislokasiyasında ciddi dəyişiklik baş verməyib.
AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin hesabatında deyilir ki, vəziyyət “logistika çatışmazlığı Rusiya hərbçiləri arasında davamlı tempin və ruh yüksəkliyinin olmaması, eləcə də ukraynalıların aqressiv döyüşləri ilə daha da ağırlaşır”.

Eyni zamanda, Rusiya Mariupol rayonunun cənubunda böyük irəliləyişlər əldə edib. Hansı ki, həmin ərazidə şiddətli döyüşlər davam edir. Rusiya burada limanı ələ keçirməyə cəhdlər edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti