Bolqarıstan Rusiyadakı səfirini geri çağırıb
“Bu gün Moskvadan humanitar uçuş həyata keçirilib. Təyyarənin göyərtəsində Rusiyadakı səfirimiz də olub. O, məsləhətləşmələr üçün Sofiyaya qayıdıb. Təyyarədə Bolqarıstanın daha 64 vətəndaşı olub”, - Baş nazir NATO-ya üzv olan Cənub-Şərqi Avropa dövlətlərinin hökumət başçılarının görüşünün yekunlarına həsr edilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, oxşar addımları NATO-dakı başqa müttəfiqlərin atacağı da gözlənilir.
Qeyd edək ki, martın 23-də Kiril Petkov Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofonovanın ölkəsində baş verənlər barədə feysbuk səhifəsində yaydığı fikirlərdən razı qalmadığını bildirmişdi.
AzVision.az
Teqlər: Bolqarıstan Səfir







Vaxtında, Aydın, Lazımlı!


