Rusiyanın məşhur qəzeti bağlandı

Rusiyanın məşhur qəzeti bağlandı
  28 Mart 2022    Oxunub:958
Rusiya mətbuatında özünəməxsus mövqeyi ilə seçilən "Novaya Qazeta" fəaliyyətini dayandırır.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Nəşrin mətbuat katibi artıq faktı təsdiqləyib.

Bildirilir ki, qəzet müəyyən səbəblərdən daha çap olunmayacaq.

Qeyd edək ki, Rusiyanın ictimai-siyasi qəzeti olan "Novaya Qazeta" müxalif liberal-demokratik və insan haqları istiqamətlərində fəaliyyəti, həmçinin jurnalist araşdırmaları ilə tanınır.

AzVision.az



Teqlər: Qəzet  



Xəbər lenti