Moskva üç Slovakiya diplomatını ölkədən çıxarır

Moskva üç Slovakiya diplomatını ölkədən çıxarır
  28 Mart 2022    Oxunub:1355
Slovakiyanın Moskvadakı səfiri Lubomir Reqak Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilir ki, səfirə 3 diplomatın 72 saat ərzində ölkədən çıxarılmalı olduğu barədə məlumat verilib.
Rusiya Xarici İşlər Nazirliyi Slovakiyadakı xarici nümayəndəliklərin işindəki maneələr və onların təhlükəsiz fəaliyyətinə təhdidlər səbəbindən Bratislavaya etiraz edib.

“Səfirə sərt şəkildə bildirilib ki, Slovakiyada sovet əsgərlərinin xatirə abidələrinə və dəfn yerlərinə qarşı son zamanlar tez-tez baş verən vandalizm yolverilməzdir”, - Rusiya XİN-dən bildiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Səfir   Slovakiya   Rusiya  



Xəbər lenti