"G7" ölkələri Rusiyaya qazın pulunu rublla ödəməyəcək

 "G7" ölkələri Rusiyaya qazın pulunu rublla ödəməyəcək
  28 Mart 2022    Oxunub:1217
“G7” ölkələri Rusiyaya qazın pulunu rublla ödəməyəcəklər”. AzVision.az
"Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri Robert Xabek deyib.
O bildirib ki, "G7" ölkələri Rusiyanın enerji idxalına görə rublla ödəniş tələbindən imtina edirlər.

Vitse-kansler əlavə edib ki, Almaniya Rusiyadan təbii qaz idxalının dayandırılmasının bütün ssenarilərinə, o cümlədən Moskvanın birtərəfli qaydada tədarükü kəsməsi variantına hazırdır.

"Biz bütün ssenarilərinə hazırıq və təkcə dünəndən deyil. Almaniya hökuməti yeni ilin əvvəlindən bunun üzərində işləyir. Berlin Rusiyadan neft, qaz və kömür idxalı asılılığını tədricən azaltmağa səy göstərir", - o vurğulayıb.

Vitse-kansler Moskvanın qazın pulunu rublla ödəməsi tələbini Qərbi parçalamaq cəhdi kimi qiymətləndirib. O, qaz tədarükünün rublla ödənilməsinin qəbuledilməz olduğunu söyləyib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin hökumətin iclasında bildirib ki, təbii qaz tədarükü üçün ödənişləri dollar, avro da daxil olmaqla digər valyutalarla qəbul edilməyəcək, rublla ödənişlərə keçiləcək.

“Mən qeyri-dost adlandırılan ölkələrə verilən təbii qaz üçün ödənişlərin Rusiya rublu ilə edilməsinə dair bir sıra tədbirləri həyata keçirmək qərarına gəldim”, - Putin qeyd edib.

"G7" dövlətlər qrupuna Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya daxildir.

AzVision.az




Teqlər: G7  



Xəbər lenti