Xarkovda 1200 yaşayış binası dağıdılıb

Xarkovda 1200 yaşayış binası dağıdılıb
  28 Mart 2022    Oxunub:1014
Xarkovda 1200-ə yaxın hündürmərtəbəli bina, 53 uşaq bağçası, 69 məktəb və 15 xəstəxana dağıdılıb. AzVision.az xəbər verir ki, bu barədə martın 28-də keçirilən brifinqdə şəhər meri İqor Terekov məlumat verib.
- Bu günə kimi 1410 infrastruktur obyekti dağıdılıb. Onlardan 1177-si çoxmərtəbəli yaşayış binalar, 53 uşaq bağçası, 69 məktəb və 15 xəstəxana Rusiya Federasiyasının təcavüzünün qurbanına çevrilib, - mer deyib.

Onun sözlərinə görə, hazırda partlayışlardan sonra şəhərdəki dağıntılar təmizlənir.

- Şəhəri təmizləyirik. Bu gün 104 maşın zibilləri çıxaracaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Xarkov  



Xəbər lenti