Qazaxıstan Ədliyyə Nazirliyi Nazarbayev və qızının həbsini istisna edib

   Qazaxıstan Ədliyyə Nazirliyi Nazarbayev və qızının həbsini istisna edib
  28 Mart 2022    Oxunub:783
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev və qızı Dariqa Nazarbayevanın statusu bu şəxslərin saxlanılma ehtimalını istisna edir, lakin onlara sual vermək qadağan olunmur.
AzVision.az “Orda” agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın ədliyyə naziri Kanat Musin sabiq dövlət başçısına yaxın şəxslərin həbslərinin davam etməsinə münasibət bildirərkən deyib.

“Xeyr, bu şəxsləri saxlayıb həbs etmək mümkün deyil. Qanun bunu qadağan edir, lakin onlara sual vermək və cavab almaq üçün heç bir qadağa yoxdur”, - Musin bildirib. Ədliyyə Nazirliyi əlavə edib ki, onlar Nazarbayevin qardaşı oğlu və tanınmış biznesmen Kayrat Satıbaldının həbsini qanuni hesab edirlər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti