Ceyhun Bayramov bölgədə sabitliyin təmin olunması şərtini açıqladı
Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq perspektivləri, enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə yaranmış yeni reallıqlar, davamlı sülhə nail olunmasına dair imkanlar və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi barədə qarşı tərəfə ətraflı məlumat verib. Bölgədə sülh və sabitliyin təmin olunması üçün ilk növbədə imzalanmış üçtərəfli bəyanatların tam icra olunmasının vacibliyi vurğulanıb.
Sual cavab formatında davam edən görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
AzVision.az
Teqlər: Almaniya Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


