Yaponiyadan Rusiyaya qadağa: Dəbdəbəli malların ixrac edilməyəcək

      Yaponiyadan Rusiyaya qadağa:    Dəbdəbəli malların ixrac edilməyəcək
  29 Mart 2022    Oxunub:965
Yaponiya aprelin 5-dən Rusiyaya bəzi malların ixracına qadağa qoyacaq. AzVision.az xəbər verir ki, bunu Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin rəhbəri Koiti Haqiuda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hökumətin qərarına əsasən, aprelin 5-dən Rusiyaya lüks malların, o cümlədən premium markalı avtomobillərin, qiymətli daşların və zinət əşyalarının ixracına qadağa qoyulur. Qeyd edək ki, Yaponiya martın 18-dən 275 malın, o cümlədən yarımkeçiricilər, radarlar, sensorlar, lazerlər, rabitə avadanlıqları, qeyd cihazları, proqram təminatı, traktorlar üçün komponentlər, təyyarələr üçün qaz turbinli mühərriklər və onların komponentləri, neft emalı üçün avadanlıqların ixracına qadağa qoyub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Yaponiya   Rusiya  



Xəbər lenti