Senatorlardan təklif: Ukrayna Rusiya pulları ilə bərpa edilsin

      Senatorlardan təklif:    Ukrayna Rusiya pulları ilə bərpa edilsin
  29 Mart 2022    Oxunub:940
ABŞ-da iki partiyanın senatorlarının hazırladğı qanun layihəsinə əsasən Rusiya Federasiyasının aktivlərinin müsadirəsindən əldə olunan gəlirlər Ukraynaya yardım üçün göndəriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb. Koloradodan demokrat senator Maykl Bennett və Ohayodan respublikaçı senator Rob Portman Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən idarə olunacaq “Ukraynalı qaçqınlara kömək və Ukraynanı bərpa etmək üçün” fond yaratmaq təşəbbüsü ilə çıxış ediblər.

Ohayodan respublikaçı senator Rob Portman bildirib ki, kömək etməyin yollarından biri də, Rusiya oliqarxlarının və varlı vətəndaşlarının müsadirə edilən aktivlərindən əldə ediləcək vəsaitlərin Ukrayna xalqına göstərilən humanitar fəaliyyətlərə yönəltməkdir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna   ABŞ   Rusiya  



Xəbər lenti