Kəşfiyyatçıların fikrincə, nümayəndə heyətlərinin üzvlərinin ürək bulanmasına zəhərlənmə deyil, ekoloji faktor səbəb olub.
|
| “Times”: Abramoviç Putinə Zelenskinin sülh məktubunu çatdırıb |
Xatırladaq ki, “Wall Street Journal” və “Bellingcat” araşdırma agentliyi Putinə yaxınlığı ilə tanınan milyarder Roman Abramoviç və bir neçə digər Rusiya-Ukrayna danışıqlarında iştirak edən şəxsdə görüş öncəsi mümkün zəhərlənmə əlamətləri müşahidə olunduğunu yazıb. Hər iki nəşr insidentdən xəbəri olan insanlara istinad ediblər.
Mənbələr mümkün zəhərlənmədə günahı Moskvada sülh danışıqlarını təxribat etmək istəyən sərt xətt tərəfdarlarının üzərinə atıblar.
"Guardian" ın müxbiri Şon Volker isə məlumatlı mənbəyə istinadən bildirib ki, kimyəvi zəhərlənmə nəticəsində Abramoviç bir neçə saat görmə qabiliyyətini itirib və müalicə üçün Türkiyəyə aparılıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


