İstanbul görüşündə Ərdoğan Qarabağı gündəmə gətirə bilər

 İstanbul görüşündə Ərdoğan Qarabağı gündəmə gətirə bilər
  29 Mart 2022    Oxunub:1103
Bu gün Türkiyənin İstanbul şəhərində keçiriləcək danışıqlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda vəziyyətin gərginləşməsi məsələsini qaldıra bilər.
AzVision.az xəbər verir ki, bu barədə “TASS” danışıqların gedişi ilə tanış olan rusiyalı mənbə deyib.

“Prezident Ərdoğan rusiyalı nümayəndə heyəti ilə Qarabağda vəziyyətin gərginləşməsi mövzusunu müzakirə etməyə cəhd göstərə bilər. Bunun ukraynalılara aidiyyatı yoxdur. Düzünü desəm, kifayət qədər vaxt olacağını düşünmürəm”, - mənbə əlavə edib.

Qeyd edək ki, bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin görüşü keçiriləcək. Görüşdən öncə Prezident Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətlərinə müraciət edəcək.

AzVision.az



Teqlər: İstanbul   Qarabağ  



Xəbər lenti