Kuleba “Z”dən istifadəni cinayət hesab etməyə çağırıb

   Kuleba  “Z”dən  istifadəni cinayət hesab etməyə çağırıb
  29 Mart 2022    Oxunub:1588
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dövlətləri Rusiyanın ölkəsinə qarşı müharibəsini açıq şəkildə dəstəkləmək məqsədilə “Z” simvolundan istifadəni cinayət hesab etməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə nazir “Twitter”də yazıb.

“Mən bütün dövlətləri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə açıq dəstək kimi “Z” simvolundan istifadəni cinayət hesab etməyə çağırıram”, - o deyib.

Kulebanın sözlərinə görə, "Z" Rusiyanın hərbi cinayətlərini, bombalanmış şəhərləri, minlərlə ukraynalının öldürülməsini ifadə edir.

"Bu barbarlığa ictimai dəstək qadağan edilməlidir", - nazir vurğulayıb.

Xatırladaq ki, Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxilə fonunda Almaniya hökuməti ölkədə "Z" simvolundan istifadəyə görə cinayət məsuliyyəti tətbiq edir.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına cəlb etdiyi müxtəlif texnikalarının üzərində əks olunmuş “Z” hərfi, eyni zamanda, Rusiyaya dəstək məqsədi ilə keçirilən müxtəlif aksiyalarda istifadə edilir.

AzVision.az



Teqlər: Kuleba  



Xəbər lenti