"İrpen şəhərinin yarısı dağıdılıb" - Mer

"İrpen şəhərinin yarısı dağıdılıb" -    Mer
  29 Mart 2022    Oxunub:1235
“Ukraynanın İrpen şəhərinin yarısı dağıdılıb, rus işğalçıları hələ də şəhəri qradlardan atəşə tuturlar”.
AzVision.az xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Markuşin deyib.

"Hər kəsdən xahiş edirəm ki, hələlik geri qayıtmasın. Şəhər hələ də təhlükəlidir. Atışmalar eşidilir, hətta qradlarla da atəşlər davam edir. Bu gün geri qayıtmaq mümkün deyil", - Markuşin vurğulayıb. O əlavə edib ki, hazırda İrpendən insanların təxliyəsi gedir.

"Bu gün bacardıqca çox insanı çıxaracağıq, təxliyyə növbəti günlərdə davam edəcək", - mer söyləyib.

Şəhərin vəziyyətidən danışan Markuşin deyib ki, çox şeyə ziyan dəyib: "Təəssüf ki, şəhərin təxminən 50%-i dağıdılıb. İnfrastruktur məhv edilib, amma biz mümkün qədər tez bərpa edəcəyik".

Qeyd edək ki, o, martın 28-də Kiyev vilayətinin İrpin şəhərinin rus işğalçılarından azad edildiyini bildirib.

AzVision.az





Teqlər: İrpen   Ukrayna  



Xəbər lenti