Ərdoğan Özbəkistana gedib

Ərdoğan Özbəkistana gedib
  29 Mart 2022    Oxunub:739
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərə yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Ərdoğan səfər çərçivəsində Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 2-ci iclasında iştirak edəcək.

O, həmkarı Şavkat Mirziyoyevlə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

İki ölkə arasında Türkiyə-Özbəkistan əlaqələrinə əhəmiyyətli töhfə verəcək müxtəlif müqavilələrin və anlaşma memorandumunun imzalanması gözlənilir.

AzVision.az



Teqlər: Ərdoğan  



Xəbər lenti