"Türkiyə Qara dənizdə minalar məsələsini araşdırır" - Akar
Onun sözlərinə görə, Türkiyə Qara dənizdə aşkar edilən minalarla bağlı Bolqarıstan və Rumıniya ilə əməkdaşlıq edir.
“Bizim minaaxtaran gəmilərimiz, dəniz patrul təyyarələrimiz yüksək hazırlıq vəziyyətinə gətirilib. Alınan hər bir mesaj dərhal qiymətləndirilir və lazımi tədbirlər görülür. Aşkar edilmiş minalar tez bir zamanda təhlükəsiz şəkildə məhv edilir", - Akar söyləyib.
O bildirib ki, minalarla mübarizə Türkiyə Silahlı Qüvvələrinin uğurlu olduğu bir sahədir.
AzVision.az
Teqlər: Hulusi-Akar







Vaxtında, Aydın, Lazımlı!


