“Rusiya Qarabağda sülh üçün ciddi səylər göstərir” - Peskov

   “Rusiya Qarabağda sülh üçün ciddi səylər göstərir” -    Peskov
  29 Mart 2022    Oxunub:863
“Rusiya Qarabağ bölgəsində sülhün qorunması üçün ciddi səylər göstərir”.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya Qarabağ bölgəsində sülhün qorunması və bütün tərəflərin öz öhdəliklərini yerinə yetirməsi üçün səylərini davam etdirir", - o söyləyib.

Qeyd edək ki, martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

AzVision.az



Teqlər: Peskov   Qarabağ  



Xəbər lenti