“Rusiya Qarabağda sülh üçün ciddi səylər göstərir” - Peskov
"Rusiya Qarabağ bölgəsində sülhün qorunması və bütün tərəflərin öz öhdəliklərini yerinə yetirməsi üçün səylərini davam etdirir", - o söyləyib.
Qeyd edək ki, martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


