Ukraynada adminstrasiya binası raketlə vuruldu - VİDEO

   Ukraynada adminstrasiya binası raketlə vuruldu -    VİDEO
  29 Mart 2022    Oxunub:1053
Ukrayna mediası inzibati binaya düşən raketlə bağlı məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar binanın dağılmasını əks etdirən videonu dərc ediblər.
- Rusiyalı terrorçular tərəfindən atılan qanadlı raketin Nikolayev Vilayət Dövlət Administrasiyasının (indi vilayət hərbi idarəsidir-red.) binasına düşməsinin videosu yayılıb. Videonu regionun rəhbəri Vitali Kim yayıb.

Xatırladaq ki, martın 29-da səhər saatlarında rus qoşunlarının yenidən Nikolayevi vurması barədə məlumat yayılıb. Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, doqquzmərtəbəli inzibati binanın atəşə tutulması nəticəsində binanın mərkəzi hissəsi dağılıb. Partlayış dalğası yaxınlıqdakı evlərin şüşələrini, eləcə də dükanların vitrinlərini sındırıb. 3 nəfərin öldüyü, 22 nəfərin yaralandığı məlumdur.



Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti