Ukrayna qarant ölkələri təklif edib

Ukrayna qarant ölkələri təklif edib
  29 Mart 2022    Oxunub:872
Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərindəki görüşünün birinci günü başa çatıb. Görüşdən sonra Ukrayna heyəti açıqlama ilə çıxış edib.
AzVision.az "CNN Türk"ə istinadən xəbər verir ki, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı fraksiya rəhbəri David Araxamiya açıqlamasında Ukraynanın təhlükəsizliyi ən vacib tələb adlandırıb.

O deyib ki, Ukraynanın təhlükəsizlik təminatçısı olaraq BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü, Türkiyə, Almaniya, Polşa və İsraili görmək istəyirlər. Araxamiya əlavə edib ki, təhlükəsizlik qarantiyası məsələsində anlaşma əldə edilməyib.

Ukraynalı heyət danışıqlar gedən müddətdə Rusiyaya güc tətbiq etməməyi təklif edib.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti