“Mixail Delyaqinin bəyanatları qəbuledilməzdir” - Rusiya XİN

   “Mixail Delyaqinin bəyanatları qəbuledilməzdir” -    Rusiya XİN
  29 Mart 2022    Oxunub:1331
"Rusiyanın Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqinin Azərbaycanla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir".
AzVision.az xəbər verir ki, bunu Rusiyanln Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Delyaqinin Azərbaycan və Qarabağa dair açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir. Biz istənilən belə bəyanatları qəbuledilməz hesab edirik", - Zaxarova bildirib.

Onun sözlərinə görə, bu cür bəyanatlar Moskvanın rəsmi mövqeyini əks etdirmir.

"Biz əminik ki, Dövlət Dumasının rəhbərliyi də bu cür təxribatçı bəyanatlara müvafiq qiymət verəcək”.

AzVision.az




Teqlər: Zaxarova  



Xəbər lenti