"Rus ordusunun Kiyevdən çıxarılmasına başlanıldı" - CNN

   "Rus ordusunun Kiyevdən çıxarılmasına başlanıldı" -   CNN
  29 Mart 2022    Oxunub:1822
Rusiya Kiyev yaxınlığında qoşunlarının döyüş fəaliyyətini azaldır. AzVision.az xəbər verir ki, bu barədə CNN iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ qoşunların necə hərəkət etdiyini qeydə alır. Belə ki, Rusiya qüvvələri Kiyev yaxınlığındakı bəzi nöqtələrdən geri çəkilməyə başlayıb və diqqətini Ukraynanın cənubunda, şərqində əldə edilmiş mövqelərə cəmləşdirir.

Kiyev İstanbul danışıqlarının ilk detallarını açıqladı
Qeyd edək ki, bu gün Rusiya KİV-i Moskvanın müharibənin deeskalasiyası üçün iki addım atılması, o cümlədən “Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin əhəmiyyətli dərəcədə azaldılması” barədə məlumat yaymışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Kiyev   Rusiya  



Xəbər lenti