Erməni nazir korrupsiyaya dair cinayət işində dindirilir

   Erməni nazir korrupsiyaya dair  cinayət işində dindirilir
  29 Mart 2022    Oxunub:1109
Ermənistanda daha bir nazirlə bağlı həbs ehtimalı yaranıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, bu gün Fövqəladə hallar naziri Andranik Piloyan cinayət işi üzrə istintaq çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə dindirilmələr aparılması üçün çağırılıb.

Ermənistan MTX-sı Fövqəladə Hallar Nazirliyində əməliyyat keçirir
Piloyanın prosesdə hansı statusda olduğu açıqlanmır. Lakin mövcud məlumatlara görə, aparılan cinayət işinin istintaqı çərçivəsində artıq saxlanılanlar da var.

Qeyd edək ki, “Joqovurd” qəzeti yazıb ki, söhbət Fövqəladə Hallar Nazirliyində işə qəbul zamanı korrupsiya sövdələşmələrinin aparılmasından gedir. Nəşrin məlumatına görə, saxlanılanlardan bəziləri ifadələrində nazirin adını çəkiblər.

Xatırladaq ki, martın 28-də “Sputnik Armeniya” Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşlarının sözügedən nazirlikdə əməliyyat keçirmələri barədə məlumat yaymışdı.
“Hraparak” qəzeti isə xüsusi xidmət orqanlarının xüsusən nazirin müşaviri Aşot Akopyanın otağında axtarış apardıqlarını yazmışdı. Sonradan isə məlumat yayıldı ki, nazir Andranik Piloyan martın 28-dən aprelin 14-nə kimi məzuniyyətə çıxıb. Piloyanı onun birinci müavini Armen Pambuxçyanla əvəzləyib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Nazir   Dindirilmə  





Xəbər lenti