Lüksemburq Rusiyanın 2,5 milyard avroluq aktivlərini dondurub

   Lüksemburq Rusiyanın    2,5 milyard avroluq    aktivlərini dondurub
  29 Mart 2022    Oxunub:961
Lüksemburq hökuməti sanksiyalar çərçivəsində Rusiyanın 2,5 milyard avro dəyərində aktivlərini dondurub. AzVision.az xəbər verir ki, bu barədə ölkənin maliyyə nazirliyi məlumat yayıb.
"Maliyyə Nazirliyinin rəhbəri Yuriko Bakes Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının Lüksemburqda tətbiqi prosesi barədə parlamenti məlumatlandırıb. Bu günə qədər Lüksemburqdakı operatorlar 2,5 milyard avro dəyərində aktivləri dondurublar", - nazirliyin Twitter səhifəsindəki paylaşımında yazılıb.

Qeyd edək ki, Rusiya Ukrayna ərazisinə qoşun yeridərək burada müharibə apardığı üçün Avropa İttifaqı xeyli sayda rus oliqarx və biznes adamlarına sanksiya tətbiq edib. Sanksiyalar çərçivəsində əksər ölkələr Rusiyaya bağlı aktivləri dondururlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti