İsraildə silahlı şəxs qarşısına çıxanları güllələdi - VİDEO

  İsraildə silahlı şəxs qarşısına çıxanları güllələdi -    VİDEO
  29 Mart 2022    Oxunub:2047
İsrailin Bney-Brake şəhərində xeyli sayda insanın ölümünə səbəb olan silahlı insident baş verib. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, "Magen David Adom" təcili yardım xidmətinin yaydığı məlumata görə atışma nəticəsində 4 nəfər ölüb.
Bundan başqa, məlumatda qeyd olunur ki, vəziyyəti ağır olan daha bir nəfər xəstəxanaya çatdırılıb.


Qeyd edək ki, bundan öncə polis Ramat Qan şəhərində atışma barədə məlumat vermişdi. Həkimlərin sözlərinə görə, hücum Bney-Brak şəhərində baş verib. Yerli KİV-in məlumatına görə, söhbət iki insidentdən gedir. Hər iki şəhər ölkənin mərkəzi hissəsində, Təl-Əviv yaxınlığında yerləşir.
Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   Atışma  



Xəbər lenti