Belqorodda partlayış nəticəsində 4 hərbçi yaralanıb
Qubernator Vyaçeslav Qladkov isə partlayışdan sonra yaxınlıqdakı binaların, kənd sakinlərinin zərər görmədiyini bəyan edib.
- Belqorod vilayətinin Krasnıy Oktyabr kəndi yaxınlığında partlayışlar baş verib. Artıq partlayışlar dayanıb. Bütün təcili yardım xidmətləri hadisə yerində çalışır. Rayon rəhbəri hələlik hadisənin səbəbini açıqlamayıb, - Qubernator deyib
Qeyd edək ki, bəzi saytlar ərazidə mərmi partladığını yazıblar. Bildirilir ki, Belqorod bölgəsindəki müvəqqəti hərbi şəhərciklərdən birində olan partlayış nəticəsində 4 güc strukturu əməkdaşı ağır bədən xəsarətləri alıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


