Bayden Avropa liderləri ilə Mariupolu müzakirə edib

Bayden Avropa liderləri ilə Mariupolu müzakirə edib
  30 Mart 2022    Oxunub:935
ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və İtaliyanın liderləri Cozef Bayden, Olaf Şolts, Emmanuel Makron, Boris Conson, Mario Draqi arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Danışıqlarda Ukraynanın Mariupol şəhərində mülki əhalinin humanitar yardıma çıxışının təmin edilməsinin vacibliyini vurğulanıb.

“Liderlər həm Ukrayna daxilində milyonlarla zorakılıq qurbanlarına, həm də digər ölkələrdəki qaçqınlara humanitar yardım göstərmək səylərini nəzərdən keçiriblər”, - Ağ Evin bəyanatında deyilir.

Tərəflər, həmçinin Rusiyanın hərbi əməliyyatları kontekstində Ukraynaya təhlükəsizliyinin təmin edilməsinə yardım göstərmək əzmində olduqlarını bir daha təsdiqləyiblər. Bundan əlavə, onlar Moskvaya qarşı sanksiyaların tətbiqindən sonra enerji bazarında sabitliyin qorunmasını müzakirə ediblər.

AzVision.az


Teqlər: ABŞ   Ukrayna  



Xəbər lenti