"Gizli omikron" cövlan edir

"Gizli omikron"  cövlan edir
  30 Mart 2022    Oxunub:1613
Hazırda ABŞ-da koronavirusun "omikron BA.2" versiyası və ya "gizli omikron" ştamı dominantlıq edir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzlərinin (CDC) məlumatları sübut edir.

Məlumata görə, ştamın bu versiyası son həftə ərzində bütün infeksiyaların 54,9%-ni təşkil edib. Digər 40,4% hallarda "BA 1.1" ştamının fərqli versiyası aşkar edilib. Martın 20-dən 26-a qədər ABŞ-da "delta" ştamı ilə yoluxma halları qeydə alınmayıb.

"Gizli omikron" ABŞ-ın şərqində üstünlük təşkil edir, burada ştam infeksiyaların 70%-dən çoxunu təşkil edir.

AzVision.az


Teqlər:



Xəbər lenti